×
A
A
A
Sazlamalar

Sabirabad sakininin “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı tamamlanıb

Bakı, 16 noyabr, AZƏRTAC

Bu ilin iyulun 7-də Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Sosial 2022-11-16 11:21:00