×
A
A
A
Sazlamalar

Azərbaycan millisi bu gün Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək

Bakı, 16 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda millimizin rəqibi Moldova yığması olacaq.
Kişineudakı “Zimbru” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.
Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

İdman 2022-11-16 11:18:00