×
A
A
A
Sazlamalar

Canni De Byazi: Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq

Bakı, 15 noyabr, AZƏRTAC

Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri sabah Kişinyovda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bildirib.
Baş məşqçi hər iki oyunun komanda üçün vacib olduğunu bildirib: “On yeddi ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq”.
Canni De Byazi inkişaf etmək, inam qazanmaq üçün çox çalışmalı olduqlarını vurğulayıb: “Avropa çempionatının seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər”.
Komandanın kapitanı Emin Mahmudov isə oyunun asan olmayacağını deyib: “Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Oyunun asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Qazaxıstan komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var”.

İdman 2022-11-15 20:33:00