Sabahdan bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometr hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq noyabrın 16-da saat 08:00-dan etibarən 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, məhdudlaşma tikinti işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
AAYDA son həftə ərzində gördüyü işləri açıqlayıb
Tikinti sektoru üzrə sahibkarlığa effektiv dəstək dövlət siyasətidir - Açıqlama
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir