Əsas kapitala yönəldilmiş vəsaitlərin 73,6 faizi tikinti-quraşdırma işlərinə sərf olunub
Bakı, 15 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 43,3 milyon manatını və ya 76,8 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 663,9 milyon manatı və ya 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 faiz, büdcə vəsaitləri 36,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, digər vəsaitlər 3,9 faiz, bank kreditləri isə 2,8 faiz təşkil edib.
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 59,5 faizi sənaye və tikinti sahələrinə sərf olunub