Paytaxtdakı avtobuslarda cibgirliklə məşğul olan qardaşlar tutulublar
Bakı, 15 noyabr, AZƏRTAC
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan üç qardaş yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında altı nəfərin mobil telefonları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilmiş üç qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonunda müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6 min manatdan çox pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyənləşdirilib.
Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Həmin şəxslərin paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və 102 - Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Aşkarlanmış faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO