×
A
A
A
Sazlamalar

Beyləqanda iki avtomobilin toqquşması nəticəsində ölən və xəsarət alan olub

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 13-də saat 15 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində Aşıqlar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin sürdüyü “Mercedes” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib. C.Abbasov orada ölüb, qadının vəziyyəti isə orta-ağırdır.
Hadisə ilə bağlı rayon polis şöbəsində təhqiqat davam edir.

Hadisə 2022-11-15 12:28:00