×
A
A
A
Sazlamalar

Ağcabədidə qanunsuz ov edən şəxslər müəyyən olunub

Bakı, 15 noyabr, AZƏRTAC

Ağcabədi rayonunda qanunsuz ov edən şəxslər müəyyənləşdiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.
Həmin şəxslərdən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi və ovladıqları çöl heyvanları aşkarlanıb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-11-15 11:16:00