“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus naqilləri oğurlayan şəxslər saxlanılıblar
Bakı, 15 noyabr, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Şirvan-Osmanlı dəmir yolu mənzilinin 53-cü kilometrliyində, Şirvan Enerji Təchizatı Sahəsinə məxsus uzunluğu 250 metr, dəyəri isə 10 min manata yaxın olan qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək əldə etdikləri mis naqili Hacıqabul rayon sakini İ.Quluzadəyə 3 min manata satdıqlarını bildiriblər. İ.Quluzadə də polis əməkdaşları tərəfindən saxlanılıb və çəkisi 355 kiloqram olan mis naqil maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı İmişli stansiya Xətt Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO