×
A
A
A
Sazlamalar

Premyer Liqanın XIV turu “Sumqayıt”ın futbolçusu üçün əlamətdar olub

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XIV turu Vurğun Hüseynov üçün əlamətdar olub. Otuz dörd yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə Sumqayıt təmsilçisi 2:4 hesabı ilə uduzub.
2013/2014-cü il mövsümündən bu komandada çıxış edən V.Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Futbolçu ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.

 

İdman 2022-11-14 19:07:00