×
A
A
A
Sazlamalar

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının maskotu təqdim olunub

Bakı, 14 noyabr, AZƏRTAC

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının maskotu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hər iki yarışın maskotu Frigiya papaqlarıdır.
Bu, Şərqi Avropa və Kiçik Asiyada yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaqdır. Fransanın milli simvolunda da bu papağı görmək olar.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək, Paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək təşkil ediləcək.

İdman 2022-11-14 18:43:00