×
A
A
A
Sazlamalar

Azərbaycan Badminton Federasiyasının 60 illik yubileyinə həsr olunmuş turnir keçiriləcək

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 19-u 1 nömrəli idman liseyində Əməkdar məşqçi Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turniri keçiriləcək.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, startı saat 10:00-da veriləcək turnir federasiyasının 60 illik yubileyinə həsr olunub.
Otuz beş yaşdan yuxarı şəxslər kişi və qadınların qoşa yarışında qüvvəsini sınaya biləcək.
Yarış iştirakçı sayından asılı olaraq qrup və ya Olimpiya sistemi üzrə təşkil olunacaq.
Müraciətlər noyabrın 16-dək davam edəcək.

 

İdman 2022-11-14 17:57:00