×
A
A
A
Sazlamalar

On ayda əsas kapitala 11 milyard 774,5 milyon vəsait yönəldilib

Bakı, 14 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 milyard 774,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artıb.
İstifadə olunmuş vəsaitin 6 milyard 585,4 milyon manatı və ya 55,9 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 457,5 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 731,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Tikinti̇ 2022-11-14 17:04:00