×
A
A
A
Sazlamalar

Yasamal rayonunda kafedə yanğınla nəticələnən partlayış hadisəsi baş verib

Bakı, 14 noyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda ümumi sahəsi 100 kvadratmetr olan kafenin mətbəxində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində mətbəxdə olan iki soba, bir plastikdən ibarət pəncərə çərçivəsi və tüstü bacasında yağ qalıqları yanıb.
Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan iki məişət qaz balonu yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə 2022-11-14 15:34:00