×
A
A
A
Sazlamalar

Köşkdən, marketdən və bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 14 noyabr, AZƏRTAC

Suraxanı, Nəsimi və Yasamal rayonlarında köşkdən, marketdən və bank hesabından oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsində isə 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də rayon ərazisindəki köşklərin birindən 1300 manat dəyərində tütün məmulatı və 50 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Qəzənfər Ağayev müəyyən olunaraq saxlanılıb.
Noyabrın 4-də Abşeron rayon sakini O.Tağıyevin bank hesabından 140 manat məbləğində pulu oğurlamaqda şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Hüseynli Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Yasamal rayonunda müxtəlif vaxtlarda Mətbuat prospektindəki marketlərin birindən 3714 manat dəyərində tütün məmulatı və 150 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Babək İsmayılov rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Hər üç faktla bağlı rayon polis idarələri tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-11-14 12:47:00