×
A
A
A
Sazlamalar

Ağırlıqqaldıranlarımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 15-17-də Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda 20-dən çox ölkədən 100-ə yaxın atlet çıxış edəcək.
Turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparacaqlar. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınların yarışında Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

İdman 2022-11-14 12:44:00