Azərbaycanın müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
Tbilisi, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.
AZƏRTAC xəbər verir ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO
Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir