Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10 min tamaşaçı izləyib. Bu, mövsümün yeni rekordudur.
AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşədək rekord üçüncü turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.
Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/2018-ci il mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13 min 300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.
Ümumilikdə turun görüşlərini 15 min 500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14 min 800 tamaşaçının izlədiyi III tura məxsus idi.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir