Bakıda tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 12-si Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Elnur Məhərrəmovun olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO