×
A
A
A
Sazlamalar

Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın baş verib

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-11-12 23:35:00