×
A
A
A
Sazlamalar

Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Fərzəliyev Murad Qoçu oğlu
Kərimov Mehman Bayram oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2022-ci il

Sərəncamlar 2022-11-12 12:56:00