×
A
A
A
Sazlamalar

Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Əliyev Vaqif Hüseynağa oğlu
Hüseynov Nazim Qalib oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2022-ci il

Sərəncamlar 2022-11-12 12:52:00