×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda “Baku Bus”a məxsus avtobus yolu keçən piyadanı vurub

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.
Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2022-11-12 10:28:00