×
A
A
A
Sazlamalar

“Tamirhane” türk tragikomik filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Tamirhane” türk tragikomik filminin nümayişi başlayıb.
AZƏRTAC xəbər verir ki, filmin rejissoru Erkan Kolçak Köstendil, ssenari müəllifi Bülent Şakrakdır.
Baş rollarda Nejat İşler, Merve Dizdar, Rıza Kocaoğlu, Ali Seçkiner, Erkan Kolçak Köstendil, Bülent Şakrak çəkilib.
Ssenariyə əsasən, baş qəhrəmanlar Yılmaz və Müjdat iki dostdur. Onlar uşaqlıqdan bir-birilərini tanıyırlar, eyni uşaq evində böyüyüblər. İndi isə birlikdə avtomobil təmirxanasında işləyirlər. Günlərin bir günü, hər şeydən narazı olan yaşlı bir kişi maşınını təmir etmək üçün onların yanına gəlir. Söhbətin gedişatında maşının sahibi infarkt keçirir və ölür. İki dost fikirləşirləşir ki, onları qətldə ittiham edə bilərlər. Yılmaz və Müjdat qocanın cəsədini yanacaq çəninə qoyurlar. O andan etibarən iki dostun həyatı tamamilə dəyişir.

 

Teatr və kino 2022-11-11 17:39:00