Zığ qəsəbəsində Hətəm Allahverdiyev küçəsi təmir edilir
Bakı, 11 noyabr, AZƏRTAC
Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Hətəm Allahverdiyev küçəsində təmir işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.
İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO
AAYDA son həftə ərzində gördüyü işləri açıqlayıb
Tikinti sektoru üzrə sahibkarlığa effektiv dəstək dövlət siyasətidir - Açıqlama
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır