Gürcüstandan idxal olunan kartofun istehlaka yararsız olduğu aşkarlanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirləri çərçivəsində “Terabil AZ 22” MMC-nin Gürcüstandan idxal etdiyi toxumluq kartof məhsulundan götürülən nümunələr təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Sınaq nəticələrinə əsasən, məhsulda karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavari çürümə və kartof güvəsi aşkarlanıb.
Faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb