142-Çağrı Mərkəzi tərəfindən bu il 1,3 milyona yaxın vətəndaş müraciəti cavablandırılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzi tərəfindən bu il 1,3 milyona yaxın vətəndaş müraciəti cavablandırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım, əlillik təyinatı, mənzil və avtomobillə, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, əmək münasibətləri, məşğulluq xidmətləri, özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunmaq, sosial xidmət və s. məsələlərlə əlaqədar olub.
Hər bir vətəndaş müraciəti qanunvericilik çərçivəsində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı çərçivəsində çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi də nəzərdə tutulub.
142-Çağrı Mərkəzi tərəfindən də müraciətlərin cavablandırılması işinin təkmil, operativ və keyfiyyətlə həyata keçirilməsi daim diqqətdə saxlanır.
Hazırda 142-Çağrı Mərkəzində 110 nəfərdən ibarət işçi heyəti çalışır. Zənglərin cavablandırılması üçün orta gözləmə müddəti bu ilin on ayı üzrə daha da azalaraq 29 saniyəyə enib. Bu göstərici 2020-ci ildə 8,5 dəqiqə olub.
Vətəndaşların 142-Çağrı Mərkəzindən məmnunluq səviyyəsi isə 93 faiz təşkil edir.
142-Çağrı Mərkəzi vətəndaşlara ünvanlı dövlət sosial yardım üçün edilmiş müraciətlərə baxılmasının cari vəziyyəti və əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etməyə (qeyri-iş günləri də daxil olmaqla) də imkan verir.
Tovuzda qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə ilə əlaqədar müzakirələr aparılıb
Yasamal rayonunda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida sahəsində fəaliyyət göstərən 19 müəssisədə nöqsanlar aşkarlanıb
Özünüməşğulluq proqramı üzrə daha 130 nəfərə aktivlər verilib