“5+” Tədris və İnkişaf Mərkəzində Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Bakı, 11 noyabr, AZƏRTAC
“5+” Tədris və İnkişaf Mərkəzində Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Mərkəzin rəhbəri Nənəxanım Əliyeva balacalara Zəfər və Dövlət Bayrağı günləri barədə məlumat verib. Uşaqlar 30 il erməni işğalında olan Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsində düşməndən azad edilməsi, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlar barədə məlumatlandırılıblar.
N.Əliyeva Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini qeyd edib, əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş şəhərin ölkəmizin tarixi-mədəni həyatının mühüm mərkəzlərindən biri olduğunu, xalqımız üçün müstəsna mənəvi dəyər daşıdığını vurğulayıb, həmçinin bu şəhərin mədəniyyətimizə və ədəbiyyatımıza bəxş etdiyi dahi şəxsiyyətlərdən söz açıb.
Sonra uşaqlar vətənə, şanlı zəfərimizə həsr edilən şeirlər söyləyiblər, vətənpərvərlik mövzusunda təşkil olunan viktorinalarda iştirak ediblər.
Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər
Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb
Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub
Gəncədə ət satışı mağazasında qanunsuzluq halları aşkarlanıb