×
A
A
A
Sazlamalar

Məktəbdən notbuklar oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı, 11 noyabr, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də Ə.Kürçaylı küçəsindəki tam orta məktəbin informatika otağından dörd ədəd notbuk oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-11-11 12:22:00