AQTİ laboratoriyası ABŞ-da keçirilən səriştəlilik sınağında uğurla iştirak edib
Bakı, 11 noyabr, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Eyni zamanda, laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının Texas A&M AgriLife Research Agentliyi tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya Aflatoksin B1 və Ümumi aflatoksin (B1, B2, G1, G2) parametrləri üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
Milli Referens Laboratoriyası bu il ərzində iki dəfə Texas A&M AgriLife Research Agentliyi tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında iştirak edib.
Qeyd edək ki, bu günədək sınaq laboratoriyası müxtəlif müayinələr üzrə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (Proficiency Tests) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb. Eyni zamanda, laboratoriya Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb