×
A
A
A
Sazlamalar

Millimizin rəqibi dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Bakı, 11 noyabr, AZƏRTAC

Futbol üzrə Belçika millisinin Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - Tibo Kurtua ("Real Madrid", İspaniya), Simon Minyole ("Brügge"), Kun Kastels ("Volfsburq", Almaniya), müdafiəçilər - Tibo Alderveyreld ("Antverpen"), Yan Vertongen ("Benfika", Portuqaliya), Zeno Debast ("Anderlext"), Vaut Fas, Timoti Kastan ("Lester", İngiltərə), Artür Teate ("Renn" Fransa), Toma Mönye ("Borussiya" Dortmund, Almaniya), yarımmüdafiəçilər - Yannik Karrasko, Aksel Vitsel (hər ikisi "Atletiko" Madrid, İspaniya), Leander Dendonker ("Aston Villa", İngiltərə), Amadu Onana ("Everton", İngiltərə), Yuri Tilemans ("Lester", İngiltərə) Hans Vanaken ("Brügge"), Eden Azar ("Real Madrid", İspaniya), Leandro Trossard ("Brayton", İngiltərə), hücumçular - Romelu Lukaku ("İnter", İtaliya), Dris Mertens ("Qalatasaray", Türkiyə), Şarl de Ketelare ("Milan", İtaliya), Jeremi Doku ("Renn", Fransa), Mişi Batşuayi ("Fənərbağça", Türkiyə) və Loi Openda ("Lans", Fransa) yer alıblar.
Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq. Milli 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

İdman 2022-11-11 00:31:00