×
A
A
A
Sazlamalar

Kürdəxanıda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 11 noyabr, AZƏRTAC

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib.

Hadisə 2022-11-11 00:09:00