Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb VİDEO
Səmərqənd, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb VİDEO
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar YENİLƏNİB VİDEO