Goranboyda restoranda saxta alkoqollu içkilər aşkar edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Goranboy rayonunun G.Civəzadə küçəsində Şahin Şamil oğlu Qarayevə məxsus “Şahin” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı restorana gələn müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik və 2 ədəd 0,5 litrlik “Organic Line” əmtəə nişanlı, 2 ədəd 1 litrlik, 8 ədəd 0,7 litrlik və 4 ədəd 0,5 litrlik “Banketnaya Yubiley 10” əmtəə nişanlı və 2 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik “Хортиця” əmtəə nişanlı alkoqollu içki aşkar edilib.
Malların orijinaldan kəskin fərqləndiyi, o cümlədən qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi və digər hissələrin kustar üsulla hazırlanaraq bərkidildiyi müəyyən olunub.
Aşkar edilmiş faktla bağlı dərhal alkoqollu içkilərin satışı dayandırılıb və məhsullar möhürlənərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb