“Baksol” yolunun 1400 metrlik hissəsində təmir işləri aparılıb
Bakı, 10 noyabr, AZƏRTAC
“İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunun 1400 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi və yolun hər iki tərəfində səkilərin tikintisi işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə təmir işləri 17 min 500 kvadratmetrdən çox sahədə aparılıb.
Qeyd olunub ki, sözügedən yolun digər hissələrində təmir işləri davam edir.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib