Qida sahəsində fəaliyyət göstərən 17 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 10 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 5-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 33 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 14, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3545 linki vasitəsilə məlumat almaq mümkündür.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
AAYDA-nın “Çağrı Mərkəzi”nə 234 zəng daxil olub
Yeni qanunla minimum aylıq pensiya 280 manata çatdırılıb
BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi