×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 39 nəfər saxlanılıb

Bakı, 10 noyabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarə və ərazi polis orqanlarının oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 39 nəfər saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən iki kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyənləşdirilib.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Hadisə 2022-11-10 15:17:00