Oğuzda ət satışı məntəqəsində nöqsanlar aşkar olunub
Bakı, 10 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Oğuz şəhəri, H.Əliyev prospekti, ev 9 ünvanında fiziki şəxs Salmanov Saleh Valeh oğluna məxsus ət satışı məntəqəsində planlı yoxlama aparılıb.
Yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkarlanıb.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
Qida sahəsində fəaliyyət göstərən 11 müəssisədə nöqsanlar aşkar olunub
Məşğulluq sahəsində davamlı islahatlara yeni imkanlar açılır
Ağalı kəndinin 100 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub