×
A
A
A
Sazlamalar

“Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub

Bakı, 10 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5 min 800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Bunadək ən çox tamaşaçı I turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və III turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5 min 500 tamaşaçı olub.
Təxirə salınan görüşü də nəzərə almaqla üçüncü turdakı azarkeş sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da birinci turun rekordu yenilənib. Mövsümün ilk turunda 10 min 600 izləyici olub.

İdman 2022-11-10 12:30:00