×
A
A
A
Sazlamalar

Lənkəranda polis əməkdaşları 24 il axtarışda olan şəxsi məsuliyyətə cəlb ediblər

Bakı, 10 noyabr, AZƏRTAC

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvarın 12-dən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan olunmuş Rizvan Həsənov paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, həmin şəxs bu illər ərzində axtarışdan yayınmaq üçün vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

 

 

 

Hadisə 2022-11-10 11:39:00