×
A
A
A
Sazlamalar

Ekspert Şurası 41 adda preparat və 14 adda feromon tələ ilə əlaqədar imtina qərarı verib

Bakı, 10 noyabr, AZƏRTAC

“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 45-ci iclası keçirilib.
Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasda elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla əlaqədar məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.
Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 7 adda pestisid, təkrar qeydiyyata alınan 6 adda aqrokimyəvi maddə və 42 adda pestisid olmaqla, ümumilikdə, 55 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 26 adda aqrokimyəvi maddə və 35 adda pestisid olmaqla, toplam 61 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilmiş rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 35 adda (7 adda aqrokimyəvi maddə, 14 adda pestisid, 14 adda feromon tələ), təkrar qeydiyyat üçün 15 adda (7 adda aqrokimyəvi maddə, 8 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddəyə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin təkrar qeydiyyat üçün müraciət olunmuş 5 adda (pestisid) preparatın təsiredici maddəsi agentliyin Kollegiyası tərəfindən təsdiqlənməsi nəzərdə tutulan 48 adda qadağa siyahısına aid olduğu müəyyən edildiyinə görə onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb.
Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 41 adda preparat və 14 adda feromon tələ ilə əlaqədar imtina qərarı verilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.

 

Sosial 2022-11-10 11:24:00