Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 10 noyabr, AZƏRTAC
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Komandamızın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) ilə üz-üzə gəlib. Dörddəbir final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb.
Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən E.Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.
Qeyd edək ki, turnirdə final döyüşləri noyabrın 13-də olacaq.
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər