Bu gün futzal üzrə Yüksək Liqada ikinci dövrəyə start veriləcək
Bakı, 10 noyabr, AZƏRTAC
Bu gün futzal üzrə Yüksək Liqada altıncı turun oyunları keçiriləcək. Bununla da liqada ikinci dövrəyə start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Neftçi” və “Baku Fire” komandaları üz-üzə gələcəklər. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmadı qeydə alınacaq nəticə turnir cədvəlinin ikinci pilləsində dəyişikliyə səbəb ola bilər.
Sonra turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Alyans”la gücünü sınayacaq. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmür.
Turun sonuncu oyununda “Record club” yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la üz-üzə gələcək.
İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib
Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb
“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib
“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb
Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində