Futzal üzrə Azərbaycan millisinin rəqibləri Afinada üz-üzə gəliblər
Bakı, 10 noyabr, AZƏRTAC
2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsində millimizin rəqibləri olan Yunanıstan və Polşa milliləri Afinada üz-üzə gəliblər.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, oyun Polşa yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlinə aktivində 6 xal olan millimiz başçılıq edir. Polşa yığmasının da 6 xalı var, amma rəqib komandamızla müqayisədə bir oyun çox keçirib.
Qeyd edək ki, millimiz gələn il martın 3-də Bakıda Yunanıstan, 4 gün sonra isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.
Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib
Bakıda MMA üzrə “Selection-5” peşəkar turniri keçirilib
“Hoffenhaym” baş məşqçisi ilə yollarını ayırıb