Millimizin Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Bakı, 10 noyabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 10-da və 13-də Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, hər iki oyunun baş hakimi Fəridə Lütfəliyeva olacaq. Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev və Əli Əliyev yerinə yetirəcəklər.
Hər iki oyun “Dalğa Arena”da saat 16:00-da start götürəcək.
Sərbəst güləşçilərimiz Xorvatiyada daha iki medala sahib olublar
Güləşçimiz Əliabbas Rzazadə "Zaqreb Open" turnirində qızıl medal qazanıb
Azərbaycan Basketbol Liqasında 16-cı tura start verilib