“Gəncə” klubu Azərbaycan Basketbol Liqasında dördüncü qələbəsini qazanıb
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında beşinci tura start verilib.
AZƏRTAC xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Gəncə” və "Neftçi” komandalarının basketbolçuları üz-üzə gəliblər.
Turun açılış oyununda region komandası “Gəncə” rəqibinə 68:65 hesabı ilə qalib gələrək çempionatda dördüncü qələbəsini qazanıb. Matçda ən məhsuldar basketbolçular - "Gəncə"dən Ceylon Perri (21 xal, 5 ribaund ), "Neftçi”dən isə Mohsen Moradxani (21 xal, 12 ribaund) olublar.
Qeyd edək ki, turun növbəti oyunlarında NTD “Sabah”, "Olimpik Şəki” "Zirvə- Astara", "Sərhədçi" isə "AAAF Xırdalan” ilə qarşılaşacaq. Oyunlar noyabrın 12-13-də “Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Baş məşqçi: Yay Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunmağa çalışacağıq
U-16 qızlar komandamızın hazırlığı davam edir
Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb
Azərbaycanlı velosipedçilər “Tour of Sharjah” yarışının ikinci mərhələsini başa vurublar