Həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına yekun vurulub
Bakı, 10 noyabr, AZƏRTAC
Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçikyaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına yekun vurulub.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zəfər Gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygöl həndbolçuları bacarıqlarını göstəriblər.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın final görüşündə Göygöl və Şirvan komandaları qarşılaşıblar.
Daha yaxşı oyun nümayiş etdirən Göygöl həndbolçuları 2-1 hesabı ilə qalib gəliblər. Beləliklə, yarışın nəticələrinə əsasən “Göygöl” 7 xalla 1-ci, “Şirvan” 6 xalla 2-ci, “Gəncə 1” komandası 5 xalla 3-cü yeri tutub.
Bağlanış mərasimində yarışın əhəmiyyətindən söz açan Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov qalibləri təbrik edərək final mərhələsinə məsuliyyətlə hazırlaşmağı tövsiyə edib.
Qeyd edək ki, zona yarışlarının finalçıları gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər