Samboçularımız dünya çempionatında iştirak edəcəklər
Bakı, 9 noyabr, AZƏRTAC
Noyabrın 11-13-də Qırğızıstanın Bişkek şəhərində sambo güləşi və döyüş sambosu üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı yığma komandamızın idmançıları Kənan Babayev (58 kq), Elvin Bağırov (64 kq), Emil Həsənov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq) təmsil edəcəklər.
İlin əsas yarışında dünyanın 50 ölkəsindən ən güclü samboçuların iştirakı gözlənilir.
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər