Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kuboku yarışında növbəti oyununa çıxacaq
Bakı, 9 noyabr, AZƏRTAC
Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, “Murov” 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın “Qrats” klubu ilə üz-üzə gələcək.
Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. İlk görüşdə Azərbaycan təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə üstün olub.
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər