Atıcılıq üzrə “Zəfər Kuboku” yarışı başlayıb
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə “Zəfər Kuboku” uğrunda yarış başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək turnirdə iştirakçılar 8 növdə - dairəvi stend (kişilər və qadınlar), səngər stendi (kişilər və qadınlar), 10 metr məsafəyə pnevmatik tapança (kişilər və qadınlar) və pnevmatik tüfəngdən atəşaçma (kişilər və qadınlar) üzrə mübarizə aparırlar.
Yarış Bakı Atıcılıq Mərkəzində keçirilir.
Karate üzrə milli komandamız yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edir
Qadın şahmatçıların respublika çempionatında ilk turun oyunları keçirilib
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirində fransız idmançını məğlub etdi VİDEO